AZ

Elm və təhsil nazirinin müavini Cəlilabadda vətəndaşların müraciətini dinləyib

 

2840e6be20ed12f850992184b26b98ae.jpg
17.10.2024 16:40

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 17-də Cəlilabad rayonunda vətəndaşların müraciətlərini dinləyib.

 

Nazirlikdən TED.az-a bildirilib ki, qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

 

Cəlilabad sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar daha çox şəhid adlarının təhsil aldıqları məktəblərə verilməsi, yeni məktəb binasının tikintisi, tələbələrin köçürülməsi və işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər ediblər.

 

Nazir müavini Kənan Kərimzadə qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

TED + bölməsindən digər xəbərlər

Daha çox