AZ

ADY qatarların hərəkət qrafikində dəyişiklik edib

 

29ee7ea7467f185888ceb2eb562e166a.jpg
16.10.2024 10:20

Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işlərinə görə, Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) TED.az-a bildirilib ki, oktyabrın 17-dən etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir.

 

Eyni zamanda, Qəbələdən Bakı istiqamətində saat 19:00-da hərəkətə başlayan qatarların Bakı Dəmiryol Vağzalına çatma vaxtı saat 22:20 əvəzinə saat 22:31-ə təyin edilir.

 

Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox