AZ

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqlədi - SƏRƏNCAM

aae028d44e3ddb787b7a6ac6fac335ad.jpg
11.10.2024 14:20

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

TED.az xəbər verir ki, sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” (bundan sonra – Milli Strategiya) təsdiq edilib.

 

Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli sərəncamı ilə yaradılmış Komissiya həyata keçirəcək.

 

Nazirlər Kabineti Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 

Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

TED + bölməsindən digər xəbərlər

Daha çox