AZ

Apple 12-ci ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır

bcfec9c64ac415b044c73dcfe84a40ee.jfif
11.10.2024 12:40

nterbrand Corp tərəfindən hər il hazırlanan “Ən yaxşı qlobal brendlər” reytinqinə görə, Apple ardıcıl on ikinci dəfə dünyanın ən qiymətli brendi statusunu qoruyub saxlayır.

 

TED.az-ın məlumatına görə, Apple-ın brend dəyəri il ərzində 3% azalaraq 488,9 milyard dollar olub.

 

Microsoft 11% dəyər qazanaraq (352,5 milyard dollar) ikinci sırada yer alıb. Üçüncü sırada isə Amazon brendi mövqeyini qoruyub, dəyəri isə 8% artaraq 298,1 milyard dollara çatıb.

Google 12% artımla (291,3 milyard dollar) dördüncü, Samsung isə 10% artımla (100,8 milyard dollar) beşinci yerdə qərarlaşıb.

 

Növbəti sıralarda Toyota (13% artımla 72,8 milyard dollar), Coca-Cola (5% artımla 61,2 milyard dollar), Mercedes-Benz (4% azalma ilə 58,9 milyard dollar), McDonald's (4% artımla 53 milyard dollar) və BMW (2% artımla 52 milyard dollar) yer alır.

 

Ən böyük dəyər artımını isə ötən il ərzində Ferrari (+21%, 13,1 milyard dollar) və YouTube (+16%, 30,1 milyard dollar) brendləri göstərərək, müvafiq olaraq 62-ci və 24-cü yerləri tutublar.

Dünya bölməsindən digər xəbərlər

Daha çox