AZ

Fariz Cəfərov: “4SIM Azerbaijan” süni intellekt imkanlarından iqtisadiyyatın artım tempini sürətləndirmək üçün istifadə ediləcək

 

a21e53215eb3710649af0e904b99994c.jpg
17.10.2024 14:00

Ölkəmizdə generativ süni intellekt (AI) və Azərbaycan dilində böyük dil modelləri var. Biz beynəlxalq təşkilatların və konsaltinq şirkətlərinin köməyi ilə süni intellekt imkanlarından 2040-cı ilədək Azərbaycan iqtisadiyyatının artım tempini sürətləndirmək üçün istifadə etməyi planlaşdırırıq. Bu təşkilat və şirkətlərin qiymətləndirilməsinə görə, Azərbaycan dilində generativ AI ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək. Bundan başqa, böyük məlumat həcmini generasiya edəcək rəqəmsal ikili proqramın işə salınması da bu plana daxildir.

 

TED.az xəbər verir ki, bunu cümə axşamı, oktyabrın 17-də Bakıda, ADA Universitetində keçirilən “Süni intellekt və data elmləri” mövzusunda Birinci Avrasiya Forumunda “4SIM Azerbaijan” şirkətinin icraçı direktoru Fariz Cəfərov deyib.

 

Onun sözlərinə görə, “Coursera” üzrə 20 kurs “DeepFake” texnologiyası vasitəsilə Azərbaycan dilinə köçürüləcək.

 

“Coursera” ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq 20 beynəlxalq kurs Azərbaycan dilinə tərcümə olunacaq. Dünya sürətlə dəyişdikcə, qlobal miqyasda böyük həcmdə data yaradılır. Əslində, 2025-ci ilə qədər 175 zettabayt məlumat olacaq. Biz bu məlumatları idarə etməliyik. Məlumat iqtisadiyyat üçün yeni enerji deməkdir”, - deyə icraçı direktor bildirib.

 

Fariz Cəfərov onu da qeyd edib ki, Azərbaycan hökuməti 51 təşəbbüsü özündə əks etdirən yeni rəqəmsal iqtisadiyyat strategiyası hazırlayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox