AZ

Beynəlxalq Enerji Agentliyi: Kondisionerlər elektrik şəbəkələri üçün yükə çevrilir

 

334bf572f86f62b4070411fe99361c17.jpeg
17.10.2024 13:35

Dünyada elektrik enerjisinə tələbatın artmasının bir səbəbi də kondisonerlərdir.

 

TED.az xəbər verir ki, məlumat Beynəlxalq Enerji Agentliyi 2024-cü ilə dair hesabatında yer alır. Agentlik bildirir ki, əhalinin gəlirlərinin və qlobal temperaturun artması kondisionerdən istifadəni artırır. 2035-ci ilədək bu aqreqatların istifadəsi üçün əlavə 1,2 teravatt elektrik lazım gələcək. Bu da Yaxın Şərqin indiki illik istehlakından çoxdur. İsti günlərin sayının artması ilə kondisonerlər də ölkələrin elektrik şəbəkəsi üçün ciddi yükə çevrilir.

 

Dünya üzrə elektrik sərfiyyatının 10 faizə qədəri məhz evlərin və ictimai binaların soyudulmasına sərf olunur. Hazırda elektromobillərin batareyalarının doldurulmasına daha az elektrik sərf olunur.

TED + bölməsindən digər xəbərlər

Daha çox