AZ

COP29 dövründə SMS icazə sistemi tətbiq edilməyəcək

395a0f77bf3cec3b229a52cec92bd4e9.jpg
18.10.2024 13:50

COP29 dövründə Bakıda SMS icazə sistemi tətbiq olunmayacaq.

 

TED.az məlumatlı mənbədən əldə etdiyi məlumata əsasən, SMS icazə sisteminin tətbiq ediləcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.

 

Mənbənin sözlərinə görə, bu, digər söz-söhbətlərə də aiddir - tətbiq ediləcək hərəkət məhdudiyyətləri, toylara qadağa və sair.

 

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

TED + bölməsindən digər xəbərlər

Daha çox