AZ

BMU tələbələri rəqəmsal innovasiyalar hakatonunda uğur qazanıblar

 

8ffb9e6fb405ad05857e439d01e5b248.jpg
14.10.2024 14:00

Bakı Mühəndislik Universitetinin (BMU) kompüter elmləri ixtisasının 3-cü kurs tələbəsi Həsən Abbasov və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının builki məzunu Niyyət Rzayev “Azərkosmos” və “Codelandia” Akademiyanın birgə təşkilatçılığı ilə keçirilən “Milli Parklarda Rəqəmsal İnnovasiyalar” hakatonunda qaliblər sırasında yer alıblar.

 

Bu barədə TED.az-a BMU-dan bildirilib. Qeyd olunub ki, “Ümumdünya Kosmos Həftəsi-2024” çərçivəsində keçirilən və Yerin kosmosdan müşahidəsinə həsr olunan hakatonda BMU-nun tələbə və məzunu 3-cü yeri qazanıb. Hakaton çərçivəsində istedadlı gənclər bir araya gələrək milli parklarımızın rəqəmsal xəritəsini yaratmaq üçün innovativ həllər təqdim ediblər. Ölkəmizdə ilk dəfə keçirilən hakaton və bu təşəbbüs Azərbaycanın ekosistemində texnologiya innovasiyaları üçün yeni imkanlar yaradaraq davamlı inkişafa töhfə verməyi hədəfləyir.

Elm bölməsindən digər xəbərlər

Daha çox