AZ

"Amazon" şirkətinin vitse-prezidenti: "İnsanlar kitab oxumasalar, gəlir əldə edə bilməzdik"

a0a2c51b0756776793946cb64ab347ab.webp
15.10.2024 19:57

"İnsanlar kitab oxumasa idilər, "Amazon" gəlir əldə edə bilməzdi".

 

TED.az xəbər verir ki, bunu "Amazon" şirkətinin vitse-prezidenti Verner Fögels "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

 

"Amazon"da innovasiyanın necə mümkün olduğunu bilmək üçün 30 il əvvələ qayıtmaq lazımdır. Hazırda şirkətin 30 yaşı var, lakin buna baxmayaraq, eyni innovativ ruhunu qoruyub-saxlayıb. Bilmək lazımdır ki, prinsiplərin hamısı sahibkarı düşünməyə vadar edir. 30 il əvvələ qədər e-ticarət, elektron kommersiya deyilən anlayış yox idi. İllər keçdikcə çox şey dəyişdi, artıq alınan malları, əvvəl olduğu kimi, beş-yeddi günə deyil, bir günə çatdırmaq mümkündür. Çatdırmaları artıq robotlar edir. Bunlar, sadəcə, malların çatdırılması anlamına gəlmir, bu, bazarda innovasiya və bazarın canlandırılması deməkdir", - V.Fögels bildirib.

 

O bildirib ki, "Amazon" həmişə müştərilərə yönəlik fəaliyyət göstərib:

 

"Biz hər zaman eksperiment aparmışıq, buna davam edəcəyik. Ola bilər ki, uğur qazanaq və ya qazanmayaq. Bəzən uğursuzluq da mümkün olur. Əgər siz nəticəni bilirsinizsə, bu, eksperiment deyil. Siz elə bir şirkət qurmalısınız ki, orada eksperiment aparmaq rahat olsun".

 

V.Fögels əlavə olaraq qeyd edib ki, siz nəyisə yaratmağa qərar verdikdə insanlar danışdıqlarınızı cəfəngiyyat adlandıra bilərlər:

 

"Biz bulud hesablaması, kitab evi deyəndə ailə və ya çevrədə olan insanlar bunu qəbul etmir, cəfəngiyyat adlandırırdılar. İnsanlar şübhə ilə yanaşırdılar. Lakin buna baxmayaraq, uğura nail olduq".

 

Xatırladaq ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən "INMerge" İnnovasiya Sammitinin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox