AZ

Sabah Seyfəli poliqonunda istifadəyə yararsız döyüș sursatları məhv ediləcək - MN

6e89f4b77108120a776abba0dafea620.jpg
21.10.2024 10:00

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüș sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

 

Müdafiə Nazirliyindən TED.az-a verilən məlumata görə, döyüş sursatlarının məhv edilməsi prosesi 21.10.2024-cü il tarixdən 25.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

 

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox