AZ

Muxtar respublikada dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəlir 53,8 faiz artıb

 

f73e7b673623898e5214971e8a7aa576.jpg
14.11.2024 15:40

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 197 dövlət əmlakı özəlləşdirilib.

 

Nazirliyin mətbuat xidmətindən TED.az-a bildirilib ki, həmin müddətdə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 2,4 milyon manatdan artıq olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz çoxdur.

TED + bölməsindən digər xəbərlər

Daha çox