AZ

“Tesla” 2.5 min pikapını geri çağırır

 

62d1837b6bc072850b750380a0f3c7f1.jpg
14.11.2024 19:40

“Tesla” təxminən 2.5 min “Cybertruck” elektrik pikapını geri çağırdığını elan edib.

 

Bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) bəyanatına istinadən məlumat verilib.

 

Geri çağırılma 2 431 elektrik pikapına aiddir ki, bu avtomobillər ötən ilin 6 noyabrından bu il iyulun 30-dək istehsal edilib.

 

Məlumata görə, geri çağırılma sürücü invertorunun nasazlığı ilə əlaqədardır ki, bu da dartma qabiliyyətinin itirilməsinə və qəza riskinin artmasına gətirib çıxara bilər. “Tesla”nın texniki işçiləri geri çağırılan avtomobillərdə sürücü invertorunu pulsuz əvəz edəcəklər.

 

Qeyd edək ki, bu geri çağırılma bu il “Tesla”nın “Cybertruck” üçün altıncı çağırışıdır. Məsələn, iyun ayında bildirilmişdi ki, ABŞ-nin elektrik avtomobil istehsalçısı şüşə silən mühərrikin düzgün işləməməsi və baqaj bölməsində problemlər səbəbindən təxminən 12 min pikapı geri çağırır. Aprel ayında qaz pedalında nasazlıq səbəbindən 3 minə yaxın “Cybertruck”ın geri çağırıldığı məlum olmuşdu.

 

Xatırladaq ki, “Cybertruck”ın seriyalı istehsalına 2023-cü ilin iyulunda başlanılıb, ilk müştəri tədarükləri isə noyabr ayında baş tutub.

Dünya bölməsindən digər xəbərlər

Daha çox