Bitkoinin qiyməti 97 min dolları ötüb
Bitkoinin kriptovalyutasının qiyməti 97 min dollardan yuxarı qalxaraq öz tarixi rekorduna imza atıb.
TED.az xəbər verir ki, Bakı vaxtı ilə 08:56-da “Binance” platformasında Bitkoinin dəyəri 97,476 min dollara, 09:55-də isə 97,800 min dollara çatıb.
Ekspertlərin fikrincə, bitkoin yaxın günlərdə 100 min dollar həddini keçə və 300 min dollaradək bahalaşa bilər.
Mütəxəssislər kriptovalyutanın bahalaşmasını bir neçə amillə əlaqələndirir. Onların sözlərinə görə, bahalaşmada ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın vədləri mühüm rol oynayır. O, ABŞ-ı qlobal kriptovalyuta mərkəzinə çevirməyi, Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyanın cari tənzimləmə siyasətinə mühüm dəyişikləri və bitkoin ehtiyatlarını yaratmağı vəd edib.
Eyni zamanda, geosiyasi böhranlar zamanı bitkoin və steyblkoinlərin potensial “müdafiə” aktivi kimi qəbul edilməsi kriptovalyutaya diqqəti artırıb.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü biri və ya müəlliflər qrupu tərəfindən dərc edilib.