AZ

BDU və Türkiyənin Haliç Universiteti arasında əməkdaşlıq genişləndirilir

 

ceadfb39bf2609a2dfa5cea7c73ea144.jpg
18.11.2024 15:40

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Türkiyənin Haliç Universitetində olub, ali təhsil müəssisəsinin “Erasmus” ofisinin koordinatoru Serhat Orakçı ilə görüşüb.

 

BDU-dan TED.az-a bildirilib ki, görüşdə iki universitet arasında bu ilin sentyabrında anlaşma memorandumunun imzalanması xatırladılıb, təhsil və tədqiqat sahələrində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmi vurğulanıb.

 

Görüş zamanı BDU və Haliç Universiteti arasında “Erasmus+ KA171” mübadilə protokolunun imzalanması ilə bağlı razılığa gəlinib.

 

Əsası 1998-ci ildə qoyulmuş Haliç Universitetində hazırda 2 fakültə, 1 məktəb, 1 texnopark və 65 laboratoriya fəaliyyət göstərir və 17 min tələbə təhsil alır.

TED + bölməsindən digər xəbərlər

Daha çox