AZ

Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndə heyəti ilə görüş olub

 

58f92e1434d03a4b9dcc48d844706dc4.jpeg
18.11.2024 16:40

“TikTok” videoməzmun sosial media platformasının nümayəndə heyəti ilə görüş keçirilib.

 

TED.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Görüşdə “TikTok”un dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropada dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov iştirak ediblər.

 

Mədəniyyət naziri Adil Kərimli Azərbaycanın ev sahibliyi etdiyi mötəbər COP29 tədbirinə qatıldıqlarına görə qonaqlara təşəkkürünü bildirib.

 

Söhbət zamanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin əvvəlində həyata keçirilən “#TikTokdanÖyrən” (#LearnOnTikTok) müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, iki ay müddətində istifadəçilər ümumilikdə 20 mindən çox maarifləndirici video yaradaraq nümayiş etdiriblər.

 

Bildirilib ki, nazirlik bu platforma vasitəsilə mədəniyyət sahəsinə dair yeni aktual məzmunların yaradılmasında və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

 

Görüşdə mədəniyyətlə bağlı layihələrə dair fikir mübadiləsi aparılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox