AZ

Bu il paytaxtda 81 mindən çox mülkiyyət qeydiyyata alınıb

 

c8be2de8b8e57721659618dcdbc21d61.jpg
18.11.2024 14:00

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 306 min 456 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

 

Əmlak Məsələləri Dövlət Xidmətindən TED.az-a bildirilib ki, bu göstəricinin 51 min 502-si (16,8 faiz) ilkin, 254 min 954-ü isə (83,2 faiz) isə təkrar qeydiyyatın payına düşür.

 

Bu ilin 10 ayında fərdi yaşayış və bağ evi üzərində - 51 min 582, mənzil üzərində - 70 min 691, torpaq sahəsi – 173 min 315, qeyri-yaşayış binası – 2855, qeyri-yaşayış sahəsi – 7277, əmlak kompleksi - 688, çoxmərtəbəli yaşayış binası üzərində isə 48 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81 min 250-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox