AZ

Nazir: Azərbaycan iqlim dəyişmələrinin kurikulumun bir hissəsi olması istiqamətində səylərini davam etdirir 

f5bfcc7a600e6617fd0c02fd6ba5a81f.jpg
18.11.2024 13:50

Azərbaycan iqlim dəyişmələrinin kurikulumun bir hissəsi olması istiqamətində öz səylərini davam etdirir. İstərdik ki, bu məsələlər qlobal gündəliyə çevrilsin.

 

TED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

 

Nazir ekoloji savadlılığının artırılması istiqamətində bununla bağlı qiymətləndirmə aparılması təşəbbüsünün irəli sürüldüyünü bildirib: “İlk dəfə olaraq, PISA layihəsində ətraf mühit savadlılığının qiymətləndirilməsi sahəsini inkişaf etdirmək məqsədilə yeni bir qiymətləndirmə alətinin hazırlanması təşəbbüsü ilə çıxış etdik. Bizim təklifimiz layihəyə əsas sahələrə əlavə olaraq, ətraf mühit savadlılığını da ayrıca qiymətləndirmə aləti kimi daxil etməkdir. Ümid edirəm ki, həmin təşəbbüsə müxtəlif ölkələr qoşulacaq”.

TED + bölməsindən digər xəbərlər

Daha çox