AZ

COP29-da gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

 

bc86fa55be2cad13f0db7a76e921200a.jpg
18.11.2024 12:40

Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) SOCAR və SABAH HUB tərəfdaşlığı ilə “Dayanıqlı innovasiyalar çağırışı” mövzusunda tədbir keçirilib.

 

TED.az xəbər verir ki, tədbirdə açılış nitqləri ilə çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf və SABAH HUB-ın icraçı direktoru Rəhim Bayramlı qlobal əməkdaşlığın və iqlim texnologiyalarının gələcəyin qorunmasındakı vacibliyini vurğulayıblar.

 

Tədbirdə yerli və xarici startaplar olmaqla, ümumilikdə 10 startap layihəsi, iqlim texnologiyaları sahəsində innovativ həllər təqdim edilib. Hər komanda davamlı gələcək üçün öz unikal yanaşmasını nümayiş etdirib.

 

Beynəlxalq investorlar və tədbir iştirakçıları tərəfindən keçirilən qiymətləndirmə nəticəsində ən yaxşı 3 startap seçilib.

 

SABAH HUB şirkətinin İcraçı direktoru Rəhim Bayramlı bildirib ki, builki COP29-da iqlim hədəflərinə nail olmaq üçün maliyyələşmənin aparılması ilə bağlı mühüm mövzular müzakirə edilir. Bu hədəflərə çatmaq üçün kreativ və yaradıcı gənclərin iqlim mövzuları üzrə təşəbbüslərinin dəstəklənməsi olduqca vacibdir.

 

O əlavə edib ki, COP29 çərçivəsində tərəfdaşlıq nəticəsində SOCAR SABAH HUB vasitəsilə “cleantech” sahəsində fəaliyyət göstərən şirkətlərə bir milyon dollar vəsait ayırıb: “COP29-da SABAH HUB olaraq, 38 komanda ilə təmsil olunuruq. Onlardan on beşi bizim proqramların məzunlarıdır. Bu gün beş qitənin 15 ölkəsindən 25-ə yaxın startapçı COP29-da iştirak edir”.

 

Qeyd edək ki, SABAH HUB müxtəlif sahələrdə yeni startapların yaranmasına və inkişaf etməsinə dəstək olan innovasiya mərkəzidir.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox