AZ

"Twitter"in mavi quş loqosu yüksək qiymətə satılıb

e196063d7c6cd0d17b74eef9dd96cb66.jpg
24.03.2025 11:20

"Twitter"in mavi quş şəklindəki keçmiş loqosu hərraca çıxarılaraq yüksək məbləğə satılıb.

 

TED.az xəbər verir ki, məlumatı "Associated Press" agentliyi yayıb.

 

Qeyd olunur ki, "RR Auction" hərrac evi 254 kiloqram ağırlığı olan loqonun 34 375 dollara satıldığını açıqlayıb.

 

Məlumat üçün əlavə edək ki, tanınmış iş adamı İlon Mask tərəfindən alındıqdan sonra quş şəklində olan loqo "X" hərfi ilə əvəz edilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox