AZ

Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

 

48b1554bbc796deff9819a829f01a1bd.jpeg
20.03.2025 12:20

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutunu müsabiqəyə çıxarır.

 

AYNA-dan TED.az-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

 

Sənədlər 17 aprel saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

 

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

TED + bölməsindən digər xəbərlər

Daha çox