"Google" Novruz bayramı münasibətilə dudl hazırlayıb
"Google" Novruz bayramı münasibətilə dudl hazırlayıb

"Google" axtarış sistemi Azərbaycanın ən sevimli bayramlarından biri olan Novruzu özünəməxsus tərzdə qeyd edib.
TED.az xəbər verir ki, şirkət bu il də ənənəsinə sadiq qalaraq, Novruz bayramı münasibətilə xüsusi dudl hazırlayıb.
"2025 Novruz bayramı" adlı dudlda bu qədim bayramın əsas simvolları olan Keçəl, səməni, eləcə də baharın gəlişini müjdələyən çiçək açan ağaclar və qaranquşlar təsvir olunub. Dudl istifadəçiləri virtual olaraq Novruz ab-havasına qərq edir və bayram sevincini yaşadır.
Qeyd edək ki, dudl "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibətilə yaradılan xüsusi açıqcaların adıdır. Şirkət mütəmadi olaraq müxtəlif bayramlar və tarixi hadisələrlə bağlı maraqlı dudllar hazırlayır.
Azərbaycanda Novruz bayramı hər il martın 20-21-i qeyd edilir. Bu il yaz fəsli Bakı vaxtı ilə saat 13:01:25-də ölkəmizə daxil olacaq. Astronomik baxımdan bu, gecə ilə gündüzün bərabərləşdiyi, Günəşin düz şərqdə doğub, qərbdə batdığı andır. 2025-ci ildə yaz fəslinin müddəti 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Novruz Azərbaycan xalqının qədim zəngin mədəni irsinin tərkib hissəsidir. 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilən bu bayram bir çox türk xalqları tərəfindən qeyd olunur. Bayram ərəfəsində insanlar təmizlik işləri aparır, xüsusi şirniyyatlar bişirir, yeni paltar alır və bir-birini təbrik edirlər.
Dünya bölməsindən digər xəbərlər
Sabah hava yağmursuz keçəcək


Teymur Musayev: "Süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər"

Süzan Qrinfild: "Rəqəmsal dünyada insan beyni əsas rol oynayır"


"iPhone 17"nin bütün modellərinin dizaynı və ölçüləri üzə çıxdı


İlham Əliyevdən süni intellekt strategiyası ilə bağlı SƏRƏNCAM


Süni intellekt strategiyasının hədəfləri açıqlandı


Süni intellekt strategiyasının məqsədləri hansılardır?


"Google" Novruz bayramı münasibətilə dudl hazırlayıb


Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq


"Twitter"in mavi quş loqosu yüksək qiymətə satılıb


DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib


"YouTube"da yeni funksiya olacaq

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib


Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır


“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!


Yol polisi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib


DİN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


“Azərpoçt” poçtdaşıma mərkəzində robotları sınaqdan keçirib


Prezident İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib


“Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsinin bağlanış mərasimi keçirilib

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak ediblər


Xankəndidə yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib - FOTO


FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi


Həftənin ən çox oxunanları
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib


Teymur Musayev: "Süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər"

Süni intellekt strategiyasının məqsədləri hansılardır?


"YouTube"da yeni funksiya olacaq

Sabah hava yağmursuz keçəcək


"Twitter"in mavi quş loqosu yüksək qiymətə satılıb


DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib


İlham Əliyevdən süni intellekt strategiyası ilə bağlı SƏRƏNCAM

