AZ

“Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsinin bağlanış mərasimi keçirilib

 

f8e35f32c6063fa922a89f74b575887b.jfif
19.03.2025 10:00

TED.az xəbər verir ki, Şəmkir rayonunun Düyərli kənd 2 saylı tam orta məktəbində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsinin bağlanış mərasimi keçirilib. Üç ay davam edən layihə çərçivəsində 20 nəfər ibtidai sinif şagirdi milli və xarici rəqs dərslərinə qatılıb, məktəbdə rəqs klubları yaradılıb, 10 ədəd rəqs paltarı hazırlanıb və yekun olaraq rəqs gecəsi təşkil olunub.

 

Bağlanış tədbirində layihə iştirakçıları öyrəndikləri rəqsləri nümayiş etdirərək, əldə etdikləri bilik və bacarıqları təqdim ediblər. Layihə iştirakçılarının və məktəb heyətinin iştirakı ilə baş tutmuş tədbirdə məktəbin direktoru Bela İsmayılova çıxış edərək bu təşəbbüsün uşaqların fiziki aktivliyini artırmaq, onların emosional və sosial bacarıqlarını inkişaf etdirmək baxımından əhəmiyyətini vurğulayıb.

 

Layihə çərçivəsində məktəbdə yaradılan rəqs klubları gələcəkdə də fəaliyyətini davam etdirəcək və şagirdlərə müxtəlif mədəniyyətlərin rəqs ənənələrini öyrənmək və tətbiq etmək üçün imkan yaradacaq.

 

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox