AZ

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

 

c019f1086230478f5d7a907d97a8a6f8.jpg
24.03.2025 11:40

Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə Süni İntellekt Akademiyası yaradılacaq.

 

TED.az xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda öz əksini tapıb.

 

Strategiya çərçivəsində 2026-2027-ci illərdə Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellekt sahəsində 500 mühəndisin yetişdirilməsi, 3 000 nəfərlik süni intellekt icmasının formalaşdırılması nəzərdə tutulub.

 

Eyni zamanda süni intellekt və məlumat idarəetməsi üzrə kadr potensialının gücləndirilməsi üçün yarışma platformasının istifadəyə verilməsi, süni intellektlə bağlı məlumat və resurslar üçün platformanın yaradılması, müxtəlif dövlət orqanlarından (qurumlarından) 500 əməkdaşın “Menecerlər üçün süni intellekt” təlimlərindən məzun olması, interaktiv tədris platformasında istifadəçilərin sayının 10 000-ə çatdırılması, yarışma platformasında ümumilikdə 1 000 istifadəçi ilə 10 yarışmanın keçirilməsi hədəflənir.

TED + bölməsindən digər xəbərlər

Daha çox