Bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Fövqəladə Hallar Nazirliyi bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib.
TED.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, Novruz və Ramazan bayramları ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər.
"Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi yarana biləcək mümkün təhlükələri nəzərə alaraq bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir", - qurumdan bildirilib.
TED + bölməsindən digər xəbərlər
Sabah hava yağmursuz keçəcək


Teymur Musayev: "Süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər"

Süzan Qrinfild: "Rəqəmsal dünyada insan beyni əsas rol oynayır"


"iPhone 17"nin bütün modellərinin dizaynı və ölçüləri üzə çıxdı


İlham Əliyevdən süni intellekt strategiyası ilə bağlı SƏRƏNCAM


Süni intellekt strategiyasının hədəfləri açıqlandı


Süni intellekt strategiyasının məqsədləri hansılardır?


"Google" Novruz bayramı münasibətilə dudl hazırlayıb


Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq


"Twitter"in mavi quş loqosu yüksək qiymətə satılıb


DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib


"YouTube"da yeni funksiya olacaq

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib


Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır


“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!


Yol polisi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib


DİN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


“Azərpoçt” poçtdaşıma mərkəzində robotları sınaqdan keçirib


Prezident İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib


“Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsinin bağlanış mərasimi keçirilib

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak ediblər


Xankəndidə yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib - FOTO


FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi


Həftənin ən çox oxunanları
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib


Teymur Musayev: "Süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər"

Süni intellekt strategiyasının məqsədləri hansılardır?


"YouTube"da yeni funksiya olacaq

Sabah hava yağmursuz keçəcək


DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib


"Twitter"in mavi quş loqosu yüksək qiymətə satılıb


İlham Əliyevdən süni intellekt strategiyası ilə bağlı SƏRƏNCAM

