"WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
"WhatsApp" mesencerində səsli mesajlarla bağlı yeni funksiya yaranıb.
TED.az-ın verdiyi məlumata görə, bu barədə şirkətin saytında məlumat verilib.
Bildirilib ki, mesencer səsli mesajların pulsuz transkripsiyası funksiyasını əlavə edib.
Ancaq yeni funksiyanı aktivləşdirmək lazımdır. Bunun üçün "Parametrlər" - "Çatlar" - "Səsli mesajların transkripsiyası" bölməsinə keçib lazımi dil paketi yüklənməlidir. Bundan sonra deşifrə edilməli olan mesaj vurularaq "Transkripsiya et" əmri seçilir.
O da vurğulanır ki, səsli mesajların pulsuz transkripsiyası birbaşa istifadəçinin cihazında həyata keçiriləcək, buna görə də dəstəklənən dillərin siyahısı "Android" və iOS-da fərqli ola bilər.
Funksiya növbəti həftələrdə bütün istifadəçilər üçün pulsuz əlçatan olacaq.