Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib
Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.
MEDİA-dan TED.az-a bildiriblər ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.
Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdisə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.
Qeyd edək ki, müsabiqəyə dekabrın 2-si saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz.