AZ

Vilnüsdə yük təyyarəsi yaşayış binasının üzərinə düşüb

 

9462246bad3d01df89f4c526a4909130.jpg
25.11.2024 12:20

Yük təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayıb.

 

TED.az xəbər verir ki, bu barədə aeroportun sözçüsü Marius Zelanius bildirib.

 

"DHL şirkətinin təyyarəsi ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. İlkin məlumata görə, təyyarədə iki pilot və iki şirkət əməkdaşı olub", - deyə o qeyd edib.

 

Pilotlardan biri xilas edilib. Təyyarədəki digərləri barədə hələlik məlumat yoxdur. Hadisə yerində yanğınsöndürənlər işləyir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox