AZ

“Nefer” qülləli zirehli döyüş vasitəsi Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib

 

d4dc5eeab5104b212ebaa8899e97ecb6.jpg
25.11.2024 16:20
Türkiyə Quru Qoşunları Komandanlığının ASELSAN və FNSS ilə birgə həyata keçirdiyi “Zirehli Döyüş Vasitələrinin Müasirləşdirilməsi” çərçivəsində “Nefer” qülləli zirehli döyüş vasitəsinin yoxlanış və qəbulu fəaliyyətləri tamamlanıb.

 

TED.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk həftəlik mətbuat konfransında bildirib.
 
 
“Yerli və milli müdafiə sənayesi məhsullarımızla Türkiyə Silahlı Qüvvələrimizin effektivliyini və çəkindiriciliyini artırmaq üçün fəaliyyətlər davam edir. Bu çərçivədə Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif “Nefer” qülləli zirehli döyüş vasitələrinin yoxlanış və qəbul fəaliyyətləri tamamlanıb”, - deyə Aktürk qeyd edib.
 
 
ASELSAN “Nefer” insansız qülləsi zirehli döyüş vasitələrində və digər taktiki quru platformalarında əsasən zirehli quru hədəflərinə qarşı istifadə üçün hazırlanıb.
 
 
Qabaqcıl uzaqdan komandanlıq və nəzarət imkanlarını təmin edən “Nefer” atış edən personalın ətraf mühit haqqında məlumatlılığını artırır və onların təhlükəsizliyini maksimum səviyyəyə çatdırır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox