AZ

BDU tələbələri “AzerGold”un “Təqaüd proqramı” müsabiqəsinin qalibi olublar

 

c97b26d37b2406e9c16704abccc68d95.jpg
27.11.2024 16:40

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri Tural Murtuzov və Emin Zeynallı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ali təhsil müəssisələrinin tələbələri üçün elan etdiyi növbəti “Təqaüd proqramı” müsabiqəsinin qalibi olublar.

 

Universitetdən TED.az-a bildirilib ki, müsabiqə qaliblərinin hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin QSC-də təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

 

“AzerGold” QSC 2021-ci ildən ali və peşə təhsili üzrə “Təqaüd proqramı” layihələri icra edir. Bu günədək ali məktəblərin bakalavriat və magistratura səviyyələrində təhsil alan 28, peşə təhsili müəssisələrindən isə 35 tələbəyə təqaüd verilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox