Psixoloq: “Xüsusən elektron media diqqətli olmalıdır”
Həm sosial şəbəkələrdə, həm də elektron mediada Elinanın son addımı ilə bağlı məlumatlar yer almaqdadır. Demək olar ki, hər gün yeni videolar və səslər açıq sosial şəbəkələrdə yayımlanır. Müasir dövrdə balacadan böyüyə hər kəsin əlində müxtəlif səsyazma və videoyazma funksiyaları olan smartfonlar belə fakrların yazılmasına imkanlar yaradır. Bəs belə kadrlar yaşından asılı olmayaraq hamıya açıq olan elektron resurslarda yerləşdirilməlidirmi?
Psixoloq Ruhəngiz Qarayeva TED.az-a açıqlamasında bunları bildirdi: “Media, xüsusən elektron media belə xəbərləri işiqlandırmağa məsuliyyətlə yanaşmalıdır.
Bu faciələrin qurbanı xəbərlərdə "şəhid" kimi təsvir olunur. Saytlardakı xəbərlər duyğularla və lirik boşluqlarla doludur. Buna görə bir çox yeniyetmələr çətin bir vəziyyətdən "çıxış yolu"nu belə "qəhrəmanlıq" etməkdə görür. Həmyaşıdlarında "Baxın, özünü öldürdü, hər kəs onun haqqında danışır, ona haqq qazandırır, ölümü ilə məşhur oldu” kimi fikirlər yaradır.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə bu tip xəbərlər bəzək düzəksiz, insanları kövrəltmədən, sentimental duyğular yaratmadan verilməlidir. Özünə qəsd edən haqqında kommentlər və informasiyalar təmkinli olmalı, intihar sözü başlığa çıxmamalıdır. Video və görüntülərdən isə ümumiyyətlə qaçmaq lazımdır, intihar metodu haqqında heç bir informasiya verilməməlidir. Ən əsası isə bu tip informasiyaların sonunda özünəqəsd fikirləri yarandığı təqdirdə hara müraciət etmələri ilə bağlı qaynar xəttin telefonu verilməlidir. Təəssüf ki, son günlərin məlum hadisəsi ilə bağlı heç bir materialda bu qaydalara əməl olunmayıb.
Hörmətli media nümayəndələri “özünəqəsd” və “özünəqəsdə” cəhd halları ilə bağlı informasiya yayanda ehtiyatlı olun. Əks halda oxucularınız arasında analoji davranışları təkrarlayan qurbanlar qaçılmazdı.”
TED.az olaraq Uşaq Qaynar Xəttinin əlaqə nömrələrini qeyd edirik:
Azərbaycan Uşaq Qaynar Xətti
012 480 22 80
050 680 22 80
051 880 11 80
QARABAĞ bölməsindən digər xəbərlər
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Həftənin ən çox oxunanları
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



