ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ADY-dən TED.az-a bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.
Artan sərnişin tələbatı nəzərə alınaraq, 20-31 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 26 əlavə reys, həmin tarixlərdə Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 20 əlavə reys təyin edilib. Belə ki, marşrutlar üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq.
Bayram günlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar ənənəvi qrafiklə də fəaliyyətini davam etdirəcək. Bu marşrut üzrə təyin olunmuş əlavə sürət qatarı isə hər gün saat 09:15-də Bakıdan Ağstafaya, saat 17:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar da hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə əks istiqamətdə hərəkət edir.
Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayının artırılması nəzərdə tutulub. Belə ki, qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.
20-31 mart tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək. Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 1 aprel tarixlərində qatarlar iş günlərinin qrafikinə uyğun hərəkət edəcək.
Bayram günlərində ADY-nin 24/7 fəaliyyət göstərən 1822 - Əlaqə mərkəzi də gücləndirilmiş rejimdə çalışacaq.
TED + bölməsindən digər xəbərlər
Binəqədi rayonunda silah-sursat aşkarlandı


Prezident İlham Əliyev Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramını təsdiqləyib


Qanunsuz saxlanılan silah-sursat aşkar edildi


Azərbaycanda “Visa”nın “Tap to Phone” həllindən istifadə 36,7% artıb


Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır


ƏƏSMN-nin 160 xidmətindən 145-dən çoxu rəqəmsallaşdırılıb


Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək


ADY yol hərəkəti iştirakçılarına müraciət edib


Çin 18 ədəd qütb-orbit rabitə peykini uğurla buraxıb


Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı artıb


Qəbul imtahanlarına onlayn hazırlaşmaq keyfiyyətli nəticə verir?


Ötən iki ayda DSMF-yə 95 minə yaxın vətəndaş müraciəti qeydə alınıb


Bu il yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə 4 milyard manatlıq dövriyyə qeydə alınıb


“ASAN müraciət”in 2024-cü il üzrə hesabatı təqdim olunub


“Bloomberg”: İlon Mask bir gündə 29 milyard dollar itirib


“Microsoft” 50 illik yubileyini AI istehlak məhsullarının təqdimatı ilə qeyd edəcək


BDU əməkdaşları “Huawei”in 5G təlimlərində iştirak edirlər


“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb


Qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkət qrafiki açıqlanıb


ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək


Bu il 85 mindən çox “ASAN İmza” sertifikatı verilib


Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə olan müraciətlərin sayı açıqlanıb


“İstehlakçı hüquqları” mövzusunda keçirilmiş fotomüsabiqənin qalibləri mükafatlandırılıb


Elvira Məmmədovanın nağıl pyesi əsasında "XEYİRXAH ŞAHZADƏNİN NOVRUZ HƏDİYYƏSİ" tamaşasının premyerası olub


Ukrayna bu il 4,5 milyon pilotsuz təyyarə almağı planlaşdırır


“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib


Həftənin ən çox oxunanları
8 Marta özəl 8% keşbek


8 martda hava necə olacaq?


Elvira Məmmədovanın nağıl pyesi əsasında "XEYİRXAH ŞAHZADƏNİN NOVRUZ HƏDİYYƏSİ" tamaşasının premyerası olub


Azərbaycanda bu lampaların satışı qadağan edilir


Azərbaycanda bu şəxslər mülki odlu silah əldə edə biləcəklər


İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib


Qanunsuz silah-sursat, partlayıcı maddələr əldə etmə, satma və gəzdirməyə görə məsuliyyət dəyişir


Bakı, Sumqayıt şəhərləri və Abşeron üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib


“X” sosial şəbəkəsi çöküb?

