Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən hallar və məhsullar təsdiqlənib

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar”ın təsdiq edilib.
TED.az xəbər verir ki, bununla bağlı Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, aşağıdakı hallarda Məcəllənin tələbləri bu sənəddə nəzərdə tutulan fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir və ya məhdud tətbiq edilir:
- Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində (bu halda hərbi vəziyyət elan edildiyi ərazinin (ərazilərin) hüdudlarında) hərbi vəziyyət elan edildikdə;
¬- Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan edildikdə (elan edildiyi ərazidə).
Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan hallarda Məcəllənin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir:
- hüquqi şəxs yaratmadan kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan fiziki şəxslərin, habelə ailə kəndli təsərrüfatlarının istehsal və digər təsərrüfat fəaliyyəti (məhsulların emalı, saxlanması, daşınması və satılması);
- həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti;
- sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması (sənaye üsulu ilə istehsal istisna olmaqla);
- bütün növ nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi;
- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əşyalar.
Sənədin 2.1-ci bəndində nəzərdə tutulan hallarda aşağıdakı fəaliyyət sahələrinə və məhsullara yalnız Məcəllənin 4-cü, 5-ci, 10-cu, 11-ci və 12-ci fəsillərinin tələbləri tətbiq edilir:
- elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə, “yaşıl” texnologiyaların tətbiqi sahələri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən media məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı” ilə müəyyən edilmiş məhsulların idxalı və satışı;
- dəfn və qəbiristanlığın mərasim xidmətləri;
- “Startap” şəhadətnaməsi almış təsərrüfat subyektlərinin həmin startap üzrə fəaliyyəti;
- dövlət büdcəsinin vəsaiti hesabına müdafiə və ya dövlətin təhlükəsizlik ehtiyacları üçün satın alınan məhsullar.
Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan hallarda Məcəllənin 6-cı fəslinin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir:
- aqrar sahədə mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin istehsal və digər təsərrüfat fəaliyyəti (məhsulların emalı, saxlanması, daşınması və satılması);
- idman klublarının fəaliyyəti;
- mədəniyyət xidmətləri (muzeylərin, tarix və mədəniyyət əhəmiyyətli parkların və qoruqların fəaliyyəti).
TED + bölməsindən digər xəbərlər
Binəqədi rayonunda silah-sursat aşkarlandı


Prezident İlham Əliyev Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramını təsdiqləyib


Qanunsuz saxlanılan silah-sursat aşkar edildi


Azərbaycanda “Visa”nın “Tap to Phone” həllindən istifadə 36,7% artıb


Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır


ƏƏSMN-nin 160 xidmətindən 145-dən çoxu rəqəmsallaşdırılıb


Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək


ADY yol hərəkəti iştirakçılarına müraciət edib


Çin 18 ədəd qütb-orbit rabitə peykini uğurla buraxıb


Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı artıb


Qəbul imtahanlarına onlayn hazırlaşmaq keyfiyyətli nəticə verir?


Ötən iki ayda DSMF-yə 95 minə yaxın vətəndaş müraciəti qeydə alınıb


Bu il yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə 4 milyard manatlıq dövriyyə qeydə alınıb


“ASAN müraciət”in 2024-cü il üzrə hesabatı təqdim olunub


“Bloomberg”: İlon Mask bir gündə 29 milyard dollar itirib


“Microsoft” 50 illik yubileyini AI istehlak məhsullarının təqdimatı ilə qeyd edəcək


BDU əməkdaşları “Huawei”in 5G təlimlərində iştirak edirlər


“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb


Qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkət qrafiki açıqlanıb


ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək


Bu il 85 mindən çox “ASAN İmza” sertifikatı verilib


Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə olan müraciətlərin sayı açıqlanıb


“İstehlakçı hüquqları” mövzusunda keçirilmiş fotomüsabiqənin qalibləri mükafatlandırılıb


Elvira Məmmədovanın nağıl pyesi əsasında "XEYİRXAH ŞAHZADƏNİN NOVRUZ HƏDİYYƏSİ" tamaşasının premyerası olub


Ukrayna bu il 4,5 milyon pilotsuz təyyarə almağı planlaşdırır


“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib


Həftənin ən çox oxunanları
8 Marta özəl 8% keşbek


8 martda hava necə olacaq?


Elvira Məmmədovanın nağıl pyesi əsasında "XEYİRXAH ŞAHZADƏNİN NOVRUZ HƏDİYYƏSİ" tamaşasının premyerası olub


Azərbaycanda bu lampaların satışı qadağan edilir


Azərbaycanda bu şəxslər mülki odlu silah əldə edə biləcəklər


İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib


Qanunsuz silah-sursat, partlayıcı maddələr əldə etmə, satma və gəzdirməyə görə məsuliyyət dəyişir


Bakı, Sumqayıt şəhərləri və Abşeron üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib


“X” sosial şəbəkəsi çöküb?

