AZ

Paytaxt küçələrindən birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

 

b0652242454db8d36628b4615a87a8c3.jpg
12.03.2025 11:20

Martın 12-si saat 09:00-dan 23:00-dək Bakı şəhərinin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində tam məhdudlaşdırılacaq.

 

Bu barədə TED.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox