Azərbaycanda azyaşlıların, yeniyetmələrin və tələbələrin ən çox oynadığı PUBG-nin fəsadları nə ola bilər?

Psixoloq: “Uşaqlara valideyinlər təsir etməlidir, kompyuter oyunları deyil.”
Kompyuter oyunlarının insan psixologiyasına təsirinin olduğu hər kəsə məlumdur. Amma bu necə baş verir? Bu təsirin gücü nə qədərdir?
Psixoterapevtlər söyləyir ki, yeniyetmələr oyunda güllə atmağa, öldürməyə olan həvəslərini, real həyatdakı şiddətlə əlaqəli olmadığını düşünür. Bütün problemlər də burdan başlayır.
Həmçinin, kompyuter oyunları alkoqol və nekatin kimi asılılıq da yaradır. Bu asılılıq isə öz başına keçmir və mütləq mütəxəssis dəstəyinə ehtiyac olur.
PUBG oyununun gizli mənası
Ötən il Rusiyada yeniyetmə 21 yaşlı tələbə qızı öldürmüşdü. Tələbə bankomatdan pul çıxardarkən, yeniyetmə onun üzərinə atılıb, bir neçə bıçaq zərbəsi alan gənc qız yerindəcə dünyasını dəyişib. Tələbəni öldürən 15 yaşlı yeniyetmə günahını boynuna alaraq öldürmək istəmədiyini amma içində bir səsin ona əmr etdiyini söylədi. İstintaq zamanı yeniyetmə hər zaman onlayn oyunlar oynadığını və bunu reala keçirəcəyini heç vaxt düşünmədiyini deyib. Psixoloji ekspertiza isə son zamanlar oğlanın PUBG oynu oynadığını aşkarladı.
Bu gün Azərbaycanda da yeniyetmələrin və tələbələrin ən çox oynadığı onlayn oyun məhz PUBG-dir.
Oyunun sujet xəttinə görə iştirakçılar avadanlıq və silahların gizlədildiyi tənha bir adadadılar. Əsas məqsəd digər iştirakçıları öldürmək və yaşamaqdır. Xəritədə tədricən azalan təhlükəsiz zona mövcuddur ki, bu da oyunçuları öz aralarında vuruşmağa məcbur edir. Son sağ qalan oyunçu və ya komanda oyunu qazanır.
Bu onlayn oyuna eyni vaxtda 100-ə qədər oyunçu qatıla bilər. Bu isə bir sinfin uşaqlarını, bir məktəbi, məhəlləni bəzən dostları bir araya toplayır. Yəni beləcə oyunun günü-gündən əhatə dairəsi genişlənir və populyarlaşır. Eyni zamanda realda bir-birini tanıyan məktəblilər virtualda bir-birini öldürməklə yaşamaq uğrunda mübarizə aparmış olur.
Oyunun sujet xətti 2000-ci ildə rejissor Kinji Fukasaku tərəfindən çəkilən "Şahzadə döyüşü" yapon sənədli filmindən götürülüb. Mütəxəssislər hesab edir ki, həmin filmin ideyası, yeniyetmələr üçün nəzərdə tutulan "Açlıq oyunu" adlı məşhur kitabın əsasında çəkilib.
Yuxarıda qeyd etdiyimiz, ötən il Rusiyada baş verən hadisəyə KİV-lərin reaksiyası birmənalı olmadı. Əsasən oyunun qadağan olunması istiqamətində fikirlər səsləndirilsə də, əslində bu mümkündürmu? Təbii ki, yox! Bəs yeniyetmələrə nəzarət etmək necə?
Psixoloq münasibəti
Psixoloq Ruhəngiz Qarayeva TED.az-a bu barədə açıqlamasında bunları söylədi: “Əlbəttə yeniyetmələrin onlayn oyunlarına nəzarət etmək asan deyil. Hərdən onlar qonaq gedəndə oynayır, hərdən dostunun evində, kompyuter klublarda və s. Hər uşağa bir nəzarətçi tutmaq da mümkün deyil. Xüsusi kommissiya təşkil etmək ki, mənzil-mənzil gəzsin və yeniyetmənin nə ilə məşğul olduğuna baxsın, bu da absurddu.
Əgər uşağın psixikası o qədər də sağlam deyilsə ona digər faktorlar kimi kompyuter oyunu da tez təsir edəcək.
Əlbəttə oyun həm də öyrədici funksiyaya malikdir. Bu oyunlar yaş xüsusiyyətinə görə fərqlənir. Ona görə də uşaqların yaşlarına və psixikalarının inkşafına uyğun olan oyunlar seçilməlidir. Bu isə valideyin tərəfindən müəyyən olunan vaxtda və müəyyən olunman müddətə oynanmalıdır.
Bir sözlə bu sahədə valideyin çox diqqətli olmalı və nəzərə almalıdır ki, uşaqlara valideyinlər təsir etməlidir, kompyuter oyunları deyil.
TED + bölməsindən digər xəbərlər
Yüksək dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir


Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar tamamilə yalandır - MN


Sabah Bakıda 27 dərəcə isti olacaq


Azərbaycanda bu mobil telefonların qiyməti ucuzlaşacaq


"Birbank"ın yeni QR-kodla ödəniş üsulu 2% keşbek qazandırır


2024-2027-ci illərdə COVID-19 pandemiyası aktual olmayacaq


Ermənistan SQ-nin mövqelərinin atəşə tutulması barədə yayılan məlumatlar yalandır - MN


Milyardlarla istifadəçisi olan “Facebook” loqosunu dəyişib


Prezident İlham Əliyev: Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb


Prezident İlham Əliyev: Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər


Prezident İlham Əliyev: Qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır


Prezident İlham Əliyev: Bizim sözümüz imzamız qədər dəyərlidir


Prezident İlham Əliyev: Antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır


Prezident İlham Əliyev: Mənim tərəfimdən hərbi birləşmələrimizə Qarabağda mülki əhalinin qorunmalı olması ilə bağlı ciddi tapşırıq verilmişdi


Prezident İlham Əliyev: Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir


Prezident İlham Əliyev: Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və cəmi bir gün ərzində qarşıda duran bütün vəzifələr yerinə yetirildi


Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsindən sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub


Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO - YENİLƏNİB


TƏBİB: COVID-in bütün ştamlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdır


Naxçıvanda tramvay nəqliyyatı təşkil ediləcək


Ermənistan silahlı qüvvələrinin birləşmələri silah-sursat və ağır texnikanı təhvil verəcək


Qeyri-qanuni erməni silahlı dəstələri təslim oldu - RƏSMİ


Ermənistan SQ birləşmələrinin 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb - Anar Eyvazov


Dezinformasiya yayan 10-a yaxın şəxsə xəbərdarlıq edilib - DİN


Həftənin ən çox oxunanları
Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb - MN


Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - MN


Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub


Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib


Azad edilən ərazilərdə 8 peşə təhsili müəssisəsi tikiləcək - Nazir


Azərbaycanda koronavirusun yeni variantı aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilir

