Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı yaradılıb.
Təqaüd proqramının təqdimatı çərçivəsində Bakcell-in baş direktoru Klaus Müller və Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı imzalanıb. Tədbirdə müxtəlif dövlət qurumları və gənclər təşkilatlarının nümayəndələri də daxil olmaqla, 300-dən çox qonaq iştirak edib.
Təqaüd proqramı gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılmasını və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasını hədəfləyir. Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər. Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin təqaüd proqramından yararlanması nəzərdə tutulur.
Təqaüd proqramına müraciət etmək istəyən 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərinə sahib gənclər http://youthfoundation.az/ saytı vasitəsilə 16 fevral tarixinədək qeydiyyatdan keçə bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına
töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
TED + bölməsindən digər xəbərlər
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Məşhur Kompüter İstehsalçılarının Veb Sayt Qadağası Ləğv Edildi!
iOS 26.4 Beta 2 Yeniləməsi Nə Təklif Edir?
Elektrikli Lamborghini Xəyalı Bitdi!
Panasonic Rəsmi olaraq İstehsalını Dayandırır!
Süni İntellekt Pulsuz Tətbiqlərə Son Qoyacaq
Meta və AMD süni intellektdə yeni bir dövrə başlayır
Telegram-ın qurucusu Pavel Durov terrorizmi dəstəkləyirmi?
Firefox Süni İntellekti Söndürmə Düyməsini Əldə Edir
Tesla Dövləti Məhkəməyə Verir!
Forza Horizon 6 Hekayəsi Açıqlandı
Apple-ın Yeni Ağıllı Eynəkləri Samsung-u Hədəfləyir
Klod Təqdimat Saatlarını Sonlandırır!
Xbox-un yeni baş direktoru açıqlandı
Xiaomi 17T və 17T Pro gözləniləndən daha tez gəlir!
iOS və Android arasında şifrələnmiş mesajlaşma başlayır
OpenAI Yeni 100 dollarlıq ChatGPT Paketini Təqdim Edir
Google NotebookLM Dizaynını Tamamilə Yeniləyir
Büdcəyə Uyğun Honor X6d 5G Təqdim Edildi
NVIDIA RTX 5090 Ti Oyunu Dəyişdirəcək
DJI Osmo Pocket 4 üçün Yeni Sızıntılar
iOS 26.3.1 Yeniləməsi Yolda! Nələr Gələcək?
Tesla ölümcül avtopilot qəzasına görə 243 milyon dollar ödəyəcək!
Nvidia OpenAI-yə 30 Milyard Dollar İnvestisiya Edir
Samsung RAM-da əvvəlki gücünü bərpa edibmi?
Google Play Tətbiqləri Məlumat Sızdırır!
iPhone 17e Xüsusiyyətləri Açıqlandı
Honor Magic V6 Xüsusiyyətləri Sızdırıldı
Həftənin ən çox oxunanları
Xiaomi 17T və 17T Pro gözləniləndən daha tez gəlir!
Büdcəyə Uyğun Honor X6d 5G Təqdim Edildi
iOS və Android arasında şifrələnmiş mesajlaşma başlayır
OpenAI Yeni 100 dollarlıq ChatGPT Paketini Təqdim Edir
NVIDIA RTX 5090 Ti Oyunu Dəyişdirəcək
Məşhur Kompüter İstehsalçılarının Veb Sayt Qadağası Ləğv Edildi!
iOS 26.4 Beta 2 Yeniləməsi Nə Təklif Edir?
Google NotebookLM Dizaynını Tamamilə Yeniləyir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


