“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsinin icrasına başlanılıb
“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi tərəfindən “Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsinin icrasına başlanılıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə həyata keçirilir.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan, çalışan, həmin ərazilərə səfər etməyi və ya köçməyi planlaşdıran insanların mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələr barədə məlumatlılığını artırmaq, təhlükəli vəziyyətlərdə düzgün davranış qaydalarını təbliğ etmək və həyat təhlükəsizliyinin qorunmasına töhfə verməkdir.
Layihə çərçivəsində mina təhlükəsi ilə bağlı məlumatların daha geniş auditoriyaya çatdırılması üçün müasir kommunikasiya və rəqəmsal texnologiyaların imkanlarından istifadə olunacaq. Bu məqsədlə maarifləndirici videoçarx, çap və vizual məlumat materialları, QR-kod əsaslı informasiya vasitələri hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.
Layihənin innovativ yanaşması maarifləndirici materiallara çıxışın asanlaşdırılmasını nəzərdə tutur. Hazırlanacaq poster, buklet və stikerlərdə yerləşdirilən QR-kodlar vasitəsilə insanlar mobil telefonlardan istifadə etməklə mina təhlükəsizliyinə dair videoçarxa və digər faydalı məlumatlara operativ şəkildə çıxış əldə edə biləcəklər.
Layihə çərçivəsində hazırlanacaq maarifləndirici materialların ictimai məkanlarda, nəqliyyat vasitələrində və təhsil müəssisələrində yayılması nəzərdə tutulur. Bu yanaşma mina təhlükəsi ilə bağlı məlumatların yalnız müəyyən auditoriyaya deyil, müxtəlif yaş və sosial qruplara çatdırılmasına imkan yaradacaq.
İctimai Birlik hesab edir ki, mina təhlükəsinə qarşı mübarizədə məlumatlılıq və düzgün davranış vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Hər bir insanın təhlükəli əraziləri tanıması, şübhəli əşyalara yaxınlaşmaması və müvafiq təhlükəsizlik qaydalarına əməl etməsi həyatların xilas edilməsində həlledici rol oynaya bilər.
Layihənin əsas çağırışı sadə, lakin həyati əhəmiyyətlidir: Mina təhlükəsi barədə məlumatlı olmaq, düzgün qərar vermək və həyatı qorumaq!
TED + bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















