Huawei Şanxay avtosalonunda özünün ilk avtomobilini təqdim edə bilər
Sirr deyil ki, son vaxtlar Huawei şirkəti Çinlə ABŞ arasındakı ticarət müharibəsi səbəbindən çətinliklərlə üzləşib. Huawei şirkətinin məhsulu olan şəbəkə avadanlıqlarının təhlükəsizliyi ilə bağlı vəziyyət də həll olunmamış qalır. Bu səbəbdən bir sıra Avropa dövlətlərinin Çin istehsalçısına təzyiqləri artır.
TED.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə bütün bunlar Huawei-a inkişaf etməyə mane olmur. Şirkət keçən il istehlakçı elektronikasının istehsalı ilə bağlı biznesində yüksək sıçrayışa nail olub, Çin smartfon bazarında hakim mövqe tutmağı bacarıb və s.
Şirkət bu uğurları ilə kifayətlənməyib avtomobil bazarına çıxmağı planlaşdırır. Bəzi məlumatlara görə, Şanxayda gözlənilən avtosalonda Huawei istehsalı olan ilk avtomobil təqdim oluna bilər. Həmçinin, deyilir ki, nəqliyyat vasitəsinin hazırlanması dövlət avtoistehsalçısı olan Dongfeng Motor şirkəti ilə birgə aparılıb.
O da məlumdur ki, bu yaxınlarda Huawei və Dongfeng Motor şirkətləri Syanyan hakim dairələri ilə ümumi məbləği 3 milyard yuan olan müqavilə imzalayıblar (təxminən 446 milyon dollar). İmzalanan müqavilələr əsasında avtomobil üçün bulud platformalarının birgə inkişafı, 5G şəbəkələrindən istifadə edən avtonom idarəetmə sistemlərinin yaradılması və s. bigə işlər görüləcək.
Müqavilənin imzalanması zamanı, geniş ictimaiyyətə mikroavtobusun prototipi nümayiş etdirilib. Bununla yanaşı, gələcəkdə "Huawei" avtomobili necə olacaq və ümumiyyətlə olacaqmı, hələ məlum deyil. Şanxay avtosalonu öz qapılarını bu ayın sonunda açacaq. İstisna deyil ki, o zaman Huawei adlı sirli vasitə haqqında yeni məlumatlar əldə ediləcək.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















