AZ

Harman simsiz səsgücləndiricilər bazarında lider olaraq qalır

89b57a50f7c38399aa14116546ec73eb.jpg
15.04.2019 12:12

Samsung Electronics-in törəmə şirkəti olan Harman International, son dörd ildə fasiləsiz olaraq dünya simsiz səsgücləndiricilər bazarında liderliyi əldən vermir. 

 

Futuresource Consulting-in məlumatlarına əsasən,  Harman JBL və Harman Kardon audio-brendləri keçən il dünya bazarının 35,7 faizini zəbt edərək, 2015-ci ildən sahib olduqları liderlik mövqeyini qoruyublar.

 

TED.AZ – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Harman şirkəti Samsung tərəfindən 2016-cı ildə Harman səs texnologiyalarının  Samsung mobil qurğularında tətbiqi, həmçinin, avtomobillərin informasiya-əyləncə sistemlərinin işlənməsində iştirakı üçün alınmışdı.  

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox