Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir – Mütəxəssislər təhlükəyə işarə edirlər
“Mobil telefondan istifadə edən uşaqlarda eşitmə və vizual-motor reaksiyaları zəifliyir, yorğunluq artır və iş qabiliyyəti azalır”.
TED.az-ın məlumatına görə, bu, 14 ildir ki, məktəblilərdə cib telefonları və smartfonlardan gələn elektromaqnit radiasiyasının təsirini araşdıran bir qrup rusiyalı alimlərin gəldiyi nəticədir. Araşdırma nəticəsində məlum oldu ki, aktiv mobil istifadəçilərdə işıq və səs siqnallarına reaksiya zəifləyir və yazıda səhvlər nəzərəçarpacaq dərəcədə artır. Bu, həmçinin məktəblilərdə çalışqanlığın azalması, diqqət və yaddaşın zəifləməsi kimi özünü biruzə verir.
Tədqiqat Biokimyəvi Fizika İnstitutunun bir qrup alimi tərəfindən aparılıb. Alimlər bu vaxtadək qacetdən istifadə etməyən uşaqları da sınadıqlarını və mobil telefon istifadə edən uşaqlarla müqayisəli şəkildə öyrəndiklərini söyləyir. Odur ki, araşdırmalarının nəticələrinə etibar etmək olar.
Qacetdən istifadə edənlərin 39,7%-də yorğunluq dərəcəsinin artdığı (30,3%-də nəzərə çarpacaq dərəcədə), 50,7% çalışqanlığın azalması müşahidə edilib. Bununla yanaşı, alimlər müəyyən edib ki, 8,5% uşağın əl barmaqlarında kiçik matorikanın formalaşması, yaş həddini keçibdir.
Tədqiqat müəlliflərinin fikrincə, uşaqlarda kəllə qabığının nazik və beyin kütləsinin böyüklərdən daha kiçik olduğunu nəzərə alsaq onlar risk qrupundadır. Yəni elektromaqnit şüalanması onlara daha çox təsir göstərir. Mobil telefon istifadə edən uşaqların psixofizioloji göstəricilərindəki dəyişikliklər bunu heç şübhəsiz sübut edir.
İsveç alimlərinin diqqətini isə gənclərin mobil telefonu adətən sağ qulaqlarına yaxınlaşdıraraq danışdığı çəkmişdi. 12-17 yaş arasındakı 700-ə yaxın yeniyetmənin üzərində aparılan araşdırmaya görə, yaddaş beyinin sağ yarımkürəsində yerləşdiyindən cib telefonundakı şüalanma yaddaşa mənfi təsir göstərir.
Psixoloq Ruhəngiz Mehmanqızının sözlərinə görə, yaddaşın zəifləməsinə təsir göstərən əsas amillərdən biri də kompüterdəki axtarış sistemi və mobil telefondakı yaddaş qeydləri imkanının olmasıdır: “Bu kimi funksiyalar yadda saxlamağa ehtiyac yaratmır. Beləliklə, yaddaşın inkişafının əsasını təşkil edən, mütamadi olaraq, yadda saxlama, və yada salma məşqləri azalır, bu isə yaddaş zəifləməsinə yol açır. Artıq əzizlərimizin doğum gününü belə yadımızda saxlamırıq, bu barədə bildiriş alırıq, heç kimin telefon nömrəsini yadda saxlamaq məcburiyyətində deyilik, özümüzə aid olan xüsusi günləri, hətta toy günümüzü belə mobil telefonumuz xatırladacaq deyə, yadda saxlama ehtiyacımız yoxdur. Odur ki, nəinki məktəblilərin, hər kəsin yaddaşı zəifləyir”.
Psixoloqun sözlərinə görə, yaddaş zəifliyi problemi yaranmasın deyə, mütəmadi olaraq hafizəni məşq etdirmək lazımdı: “Boş vaxtlarda 2, 4, 6, 8, 10 və yaxud əksinə 10, 8, 6, 4, 2 kimi rəqəmləri getdikcə daha da qəlizləşdiərək təkrar etmək lazımdır. Şeir əzbərləmək, vurma cədvəlini təkrar söyləmək və s. Bir sözlə, yaddasaxlama və yadasalma məşqləri etməklə hafizəmizi məşq etdirə bilərik. Əks halda, müəyyən yaşa çatdıqdan sonra yaddaş zəifliyi problemi yaranır və insanlar nəyi hara qoyduğunu, hansı işin dalınca getdiyini belə unudur. Həmçinin yaddaş zəifliyi insanın nitqinə də təsir göstərir və o maraqlı həmsöhbətə çevrilmir”.
SARA
Texnologiya bölməsindən digər xəbərlər
Həyəcan pikdədir! Sən də lüks avtomobil qazan!
Valve təsdiqləyir: Android oyunları Steam-ə gəlir
Google Pinterest-ə bənzər funksiyanı buraxır
Audi şirkəti Formula 1 avtomobilini təqdim etdi
Hyundai IONIQ 6 N üzə çıxdı!
Samsung televizorları üçün şad xəbər
iPhone HMO displeyi iPhone-da inqilab edə bilər
Google Play çoxdan gözlənilən funksiyanı təqdim etdi
OPPO ColorOS 16 Yeniləmə Cədvəlini elan etdi
Toy Story 5-in treyleri yayımlandı!
OpenAI problemdədir
Huawei-nin yeni nəsil qatlana bilən telefonu yoldadır
WhatsApp Windows 11-də veb-əsaslı versiyaya keçir!
Samsung orta səviyyəli seqment üçün yeni model hazırlayır!
Alien: Earth ikinci mövsümü alacaqmı?
Android batareyası xəbərdarlığı Play Store-a gəlir
Apple Vision Pro üçün PlayStation nəzarətçi dəstəyi!
Apple və WhatsApp casus proqram kampaniyasına başladılar!
Tesla tətil yeniləməsi üçün geri sayım başladı
Yeni Kia Telluride təqdim olundu
WhatsApp böyük şokla üzləşir: AB tənzimləmələri başladı!
Xiaomi 17 Ultra dekabrda Çində təqdim olunacaq!
Google Disk üçün yeni süni intellekt funksiyası: Audio xülasələr!
Galaxy Ring Galaxy XR-ni idarə edə biləcək!
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Supermen kainatı genişlənir: Yeni seriya!
Honor 500 seriyası üçün geri sayım başlayır!
Google Xəritənin yeni rejimi əksər telefonlarda mövcud olmayacaq!
Stiv Cobs 10 dəqiqə ərzində Mac kalkulyatorunu necə hazırlayıb?
Həftənin ən çox oxunanları
Honor 500 seriyası üçün geri sayım başlayır!
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
HyperOS 3 yeniləməsi daha çox cihaza yayılır!
Google Maps üçün Tesla Supercharger funksiyası!
Yeni Kia Telluride təqdim olundu
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Stiv Cobs 10 dəqiqə ərzində Mac kalkulyatorunu necə hazırlayıb?
Xiaomi 17 Ultra dekabrda Çində təqdim olunacaq!
Apple Vision Pro üçün PlayStation nəzarətçi dəstəyi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

