AZ

Google Pixel 4XL avtonomluqda başqalarından heç də geri qalmır

5a2a7c8551cc01f348d71731fbde2e81.jpg
25.10.2019 11:25

Ən yaxşısı iPhone 11 Pro Max oldu

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, yeni nəsil Google Pixel smartfonları akkumulyatorların tutumları ilə heyrətləndirmir. Lakin aydındır ki, tutumdan başqa, optimallaşdırma da vacibdir. Əgər Pixel 4 və Pixel 4 XL barədə yazılanları oxusaq, bir çox jurnalistin avtonomluqdan şikayət etdiyini görmək olar.

 

Bəs testlər nə göstərəcək? Mənbə Pixel 4 XL, iPhone 11 Pro Max, Samsung Galaxy Note10+ və OnePlus 7T Pro-nu qarşılaşdırmağa qərar verib. Qeyd edək ki, smartfonlar xüsusiyyətləri və nüansları ilə fərqlidir.

 

Smartfonlar testdə oxşar nəticələr göstərbilər. Əvvəlcə OnePlus 7T Pro təslim olub, sonra Pixel 4 XL sönüb, demək olar ki, dərhal sonra — Note10+, iPhone 11 Pro Max isə bir daha avtonomluq cəhətdən hər şeyin mükəmməl olduğunu göstərib. Yeri gəlmişkən, digər üç smartfon bir-birindən bu parametr üzrə demək olar ki, fərqlənmir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox