AZ

Tibbi Data Mərkəzlərdən milyonlara pasiyentin fərdi məlumatları sızmaya məruz qalır – MÜTƏXƏSSİS RƏYİ

76242a97dc2636d8d9401d814a60a498.png
02.12.2019 14:30

 

“Bir çox ölkələrdə əhaliyə tibbi xidmət göstərilməsinin təşkili üzrə yeni yanaşmaların və istiqamətlərin meydana gəlməsində informasiya, telekommunikasiya və tibbi texnologiyaların sürətli inkişafı əhəmiyyətli dərəcədə təsir göstərir”.

 

TED.az xəbər verir ki, bu sözləri texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova deyib.

 

O qeyd edib ki, informasiya texnologiyalarının tibdə istifadəsinin səmərəliliyi mənfi fəsadların və nəticələrin sayının, eləcə də tibbi xərclərin azaldılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması ilə təyin olunur: “Hazırda bu vəzifələrin yerinə yetirilməsi üçün innovativ yanaşmalar və İKT-nin müxtəlif tibbi məsələlərin həllinə tətbiqi istiqamətində fəaliyyətinin geniş vüsət aldığı da nəzərə çatdırıldı.

 

M.Məmmədova e-tibb və onun komponentləri, istiqamətləri, eləcə də elmi problemləri barədə məlumat verib. E-tibb konsepsiyasının əsası - fərdi tibbi məlumatların əsas mənbəyinin elektron sağlamlıq kartının olduğunu diqqətə çatdıran alim, həm də şəxsi məlumatları fərdin toxunulmazlıq hüququ ilə təmin edən dəyər olduğunu vurğulayıb.

 

Professor yeni texnoloji mühitdə pasiyentlərin sağlamlığının mobil monitorinqi üçün naqilsiz bədən sensor şəbəkələrindən – WBAN (Wireless Body Area Networks) söz açıb. Naqilsiz sensor şəbəkələri mühitində fərdi tibbi məlumatların təhlükəsizliyi probleminin həlli istiqamətində elmi araşdırmaların aparılmasının zəruriliyini nəzərə çatdırıb.

 

M.Məmmədova onu da vurğulayıb ki, son illər tibbi məlumatların satışı “qara bazar”ın ayrıca bir seqmenti kimi formalaşıb: “Konfidensial məlumatın satışı isə ən həssas və yüksək gəlirli satışlardan biri hesab olunur. Hər il inkişaf etmiş ölkələrdə tibbi Data Mərkəzlərdən pasiyentlərin fərdi məlumatlarından ibarət milyonlarla qeydlər sızmaya məruz qalır, klinikalar isə bu zaman milyardlarla dollar itirirlər”.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox