Mobil nömrələrin satışı üz tanıma texnologiyası ilə həyata keçiriləcək – Məlumat Hesablama Mərkəzi və Azercell arasında memorandum imzalandı
“Bakutel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində nümayiş olunan SmartCell həllinin tətbiqinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Azərcell şirkəti ilə arasında əməkdaşlıq memorandumu imzalanıb.
TED.az xəbər verir ki, memoranduma əsasən, elektron imzadan istifadə etməklə mobil operatorla müştəri arasında bağlanılan elektron abunə müqaviləsinin tətbiqi, abunəçilərin üz təsviri üzrə eyniləşdirilməsi sahəsində əməkdaşlıq olunacaq.
Memorandumu MHM tərəfindən qurumun direktoru Elnar Əsədov, qarşı tərəfdən “Azercell”in rəhbəri Vahid Mürsəliyev imzalayıblar.
Məlumat üçün qeyd edək ki, SmartCell – üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir. Sistem müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir.
SmartCell nömrə satış sistemi həm operatorlar, həm də müştərilər üçün aşağıdakı üstünlüklərə malikdir:
- Vaxta qənaət;
- Elektron müqavilə;
- Elektron imza ilə əməliyyatın aparılması;
- Satıcının və müştərinin şəkli (face ID) və elektron imza ilə identifikasiyası;
- Yalnız səlahiyyətli şəxslər tərəfindən satışın təmini;
Mobil tətbiqin köməyi ilə şəxsiyyət vəsiqəsi ilə üz tanınma prosesi həyata keçirilir.
Həmin şəxsi məlumatlar əsasında elektron imza yaratma və yoxlama məlumatları yaranır. Şəxsə aid imza yaratma məlumatları müvafiq proqramın içərisində təhlükəsiz şəkildə saxlanılır, şəxsə aid sertifikat sorğusu hazırlanır. Sertifikat Xidmətləri Mərkəzinin müvafiq infrastrukturuna sertifikatın alınması üçün sorğu göndərilir. Mərkəz tərəfindən verilən sertifikat proqram tərəfindən qəbul olunaraq sənədləri imzalamaq üçün tam istifadəyə hazır vəziyyətə gətirilir. Bütün bu proses cəmi çox qısa vaxt ərzində baş verir.
TED.az
e-Azərbaycan bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















