AZ

Android 10 ağıllı televizorlara gəldi

d959c9f8c0b5503c3dbdec5fd04699c9.jpg
11.12.2019 23:00

Google Android TV yaradıcıları üçün xüsusi qacet anons edib

 

Google Android TV platforması üçün Android 10 əməliyyat sisteminin yeni versiyasının çıxışını elan edib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, texniki cəhətdən Android TV 29 səviyyəli Android API-yə qədər yenilənmə alıb ki, bu da Android 10-a uyğun gəlir. Yenilənmə apdeytlərin daha sürətli çıxması üçün Project Treble və yüksək təhlükəsizlik üçün Transport Layer Security (TLS) 1.3 protokolu daxil olmaqla yeni funksiyalar gətirir. Həmçinin Android 10 Android TV-də şəbəkə bağlantılarının yaxşılaşmasını təmin edəcək ki, bu da axın məzmununu daha hamar edəcək.

 

Google, həmçinin yaradıcılar üçün ADT-3 adlı cihaz təqdim edib. Miniatür cihaz Android TV əlavələrini kompyuterdə emulatorların köməyi ilə deyil, iş şəraitində test etməyə imkan verəcək.  Cihaz dörd nüvəli A53 platformasını, 2 GB DDR3 operativ yaddaş və 4Kp60 HDR dəstəyi ilə HDMI 2.1 çıxışını alıb.

 

ADT-3 cihazı önümüzdəki aylarda Google tərəfdaşları üçün əlçatan olacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox