AZ

Feysbuka yeməyin şəklini göstər, reseptini desin - ağıllı sistemin yeni bacarığı

d3d2e8360506d52f06a46e951c124333.jpg
18.01.2020 15:56

Feysbuk mütəxəssisləri yeməyin şəkilləri üzərindən reseptlərini müəyyən edə biləcək süni intellekt sistemini hazırlayıblar.

 

TED.az xəbər verir ki, bu sistem şəkli olan yeməyin reseptini bir neçə saniyədə istifadəçilərə təqdim edir.

 

Fotoların təhlili nəticəsində sistem yeməkdə  istifadə olunacaq məhsulların siyahısını və hazırlama qaydasını göstərir.

 

Bu sistem məlumat üçün kompüter görmə qabiliyyətindən istifadə edir. Proqramda iki sinir şəbəkəsi işləyir: biri məhsulları seçir, ikincisi isə hazırlama qaydasını müəyyənləşdirir. 

 

Feysbuka yeməyin şəklini göstər, reseptini desin - ağıllı sistemin yeni bacarığı

TED + bölməsindən digər xəbərlər

Daha çox