AZ

Avropa Birliyi üz skan sistemini qadağan etmək istəyir

366d7eb1b4ecd5db1a915f5bfb301105.jpg
22.01.2020 09:07

Avropa Komissiyası ictimai yerlərdə üz tanıma vasitələrindən istifadənin qadağan olunmasını tələb edib.

 

TED.az xəbər verir ki, Avropa Komissiyası məxfilik hüquqları ilə bağlı mövcud qanunlara dəyişiklikləri nəzərdə tutan 18 səhifəlik sənəd hazırlayıb.

 

Sənədə əsasən, komissiya "üz tanıma və risklərin müəyyənləşdirilməsinin təsirini qiymətləndirən möhkəm metodologiya"nı hazırlayacaq. Bundan əlavə, təşkilat nümayəndələri bu texnologiyanın ictimai yerlərdə 5 ilədək istifadəsini qadağan etməyi düşünürlər.

 

 

 

Üz tanıma texnologiyasının əleyhdarları hesab edirlər ki, Avropa ölkələrində mövcud  vəziyyət insanların məxfilik hüquqlarını pozur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox