AZ

Bu agentlik sosial media mütəxəssisi axtarır – VAKANSİYA

1743b280aba909080618c6901d5ee738.jpg
23.01.2020 20:07

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə işçi axtarılır.

 

Bu barədə TED.az-a agentlikdən məlumat verilib.

 

Bildirilib ki, sosial media mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edilib.

 

Sözügedən vakansiya üçün müraciət edən şəxs aşağıdakı kriteriyalara uyğun olmalıdır.

 

Vəzifə öhdəlikləri:

 

  • Sosial media hesablarının (Feysbuk, Instagram, Tvitter, LinkedIn, YouTube) peşəkar şəkildə idarə olunması;
  • Sosial şəbəkələrdən daxil olan sorğuların dəqiq və dolğun şəkildə cavablandırılması;
  • Sosial media üçün həftəlik nəşrlərin planının hazırlanması;
  • Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
  • Kreativ mətnlərin və postların hazırlanması;
  • Dijital trendləri izləmə və işlədiyi sahəyə tətbiq edilməsi;
  • Sosial mediada izləyici sayını artıracaq təkliflərin verilməsi;
  • Sosial platformalardan daxil olan müraciətlərin cavablandırılması;
  • Daxil olan müraciətlərin təhlili əsasında həftəlik və aylıq hesabatların hazırlanması;
  • Rəsmi internet saytının "Google AdWords" vasitəsilə düzgün hədəf qrupuna uyğun demoqrafik seçimlər, ərazi və s. kimi bölgülərə əsasən reklam edilməsi;
  • Agentliyin rəsmi internet səhifəsinin mütəmadi yenilənməsi, həftəlik və aylıq hesabatlar hazırlanması.

 

Vəzifə üçün tələblər:

 

  • Ali təhsilli;
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarını bilməsi, ingilis və rus dilləri üzrə dil bilikləri arzuolunandır;
  • Kreativ düşüncə, analiz etmə və araşdırma qabiliyyəti;
  • Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator, CorelDraw, Facebook Ads, Google Ads);
  • Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Komanda daxilində işləmək bacarığı;
  • Sıx iş qrafikində işləmək bacarığı.

 

Maraqlanan namizədlər CV-lərini fevralın 21-dək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər. Müraciət olunan vəzifənin adı qeyd edilməlidir. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox