AZ

Qobustan rayonu alternativ enerji ilə təmin edilir – AÇIQLAMA

ae47b6fce64a4b5070f2195ca2850a46.jpg
14.02.2020 12:45

Məlumat verdiyimiz kimi, son dövrlər Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində müxtəlif fəaliyyətlər həyata keçirilir. Bu yaxınlarda Energetika Nazirliyi günəş və külək enerjisinin alınması ilə bağlı yeni elektrik stansiyalarının tikintisinə başlanıldığını da açıqladı.

 

“Azərbaycanda istifadə edilə biləcək ən böyük potensialı günəş enerjisində görürük”.

 

Bunu TED.az-a məsələ ilə bağlı açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib.

 

 

 

 

Onun sözlərinə görə, ölkədə günəş enerjisi ilə bağlı 23 meqavat, külək enerjisi ilə bağlı isə 8 min meqavat gücündə potensial mövcuddur: “Azərbaycan neft ehtiyatlarına malik ölkədir, amma 95 faizdən çox enerji ölkənin ümumi istehlakından alınır. Yəni, burada yalnız elektrik enerjsindən söhbət getmir, nəqliyyatın, isitmə sistemlərinin də enerji ehtiyatları alternativ enerji hesabına təmin edilir”.

 

Sədr müavini bildirib ki, hazırda Qobustan Eksperimental Poliqon Stansiyasında agentlik tərfindən bütün istifadə edilən günəş və külək elektrik stansiyalarının məlumatları toplanır və hesabatlar çərçivəsində bu məlumatlar dövlətə təqdim edilir: “38 hektar ərazidə inşa olunan stansiyada külək, günəş və bioqaz qurğularından enerji əldə edilir. Poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan 3 külək turbini, 1,8 meqavat gücündə günəş elektrik stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu fəaliyyət göstərir”.

 

Cəmil Məlikov onu da vurğulayıb ki, bu quruğular gücünə hazırda Qobustan rayonunun enerjiyə olan təlabatı ənənəvi yox, alternativ mənbələr hesabına ödənilir: “Nəinki Qobustan, hazırda əldə edilən enerji Şamaxıya da ötürülür. Sözsüz ki, Azərişıq-la birgə qeyd etdiyimiz məsələlər ilə bağlı sayğac hesabları aparılır və hər ayın sonunda qurumdan satılan enerjiyə uyğun vəsaitlərimizi əldə edə bilirik”.

 

 

Məltəm TALIBZADƏ

 

TED + bölməsindən digər xəbərlər

Daha çox