AZ

Bu gün YouTube-un yaranma günüdür – MARAQLIDIR

b506cf96081952adfa30c6dc74e06b61.png
27.02.2020 13:04

Bu gün dünyanın ən böyük videohostinq şəbəkəsi olan YouTube-un yarandığı gündür.

 

TED.az xəbər verir ki, sözügedən şəbəkə 2005-ci il 27 fevral tarixində yaradılıb.

 

YouTube-un təsisçiləri Stiv Çen, Çad Hordli və Cavid Karim sürətli video texnologiyasından istifadə edərək, 2005-ci ilin aprel ayının sonlarında şəbəkənin ilk yayımını ediblər. Həmin video təsisçilərdən biri Cavid Karim tərəfindən zooparkda çəkilən 18 saniyəlik görüntü olub. Bir illik uğurlu fəaliyyətindən sonra şəbəkə Google şirkəti tərəfindən satın alınıb.

 

YouTube-un iş sisteminə gəlincə, burada video format olaraq “Flash Video Formatı” (*.flv) istifadə edilir. İnternet saytında istənilən video kliplər Flash Video olaraq izləmək və ya kompüterә (*. Flv) formatında fayl olaraq yükləmək olur. Video klipləri izləmək üçün Adobe Flash plug-ın kompüterdə olması mütləqdir. Sayta qoyulan video kliplər YouTube tərəfindən avtomatik olaraq 320x240 pikselə keçirilir. Bir neçə il əvvəl yüksək keyfiyyət üçün 480x360 piksel variantı da istifadəçilərə təqdim edilib.  İstifadəçilər tərəfindən YouTube-a gündəlik olaraq, təxminən 65 min yeni klip yerləşdirilir.

 

Qeyd edək ki, bu gün YouTube şəbəkəsinin 2 milyarda yaxın aktiv izləyicisi var.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox