AZ

Qoxunu hiss edə bilən kompüter yaradılacaq

485f3e5199dbff9518db303b1d55574e.jpg
19.03.2020 12:50

Intel firması neyromorfik proqramlar vasitəsilə qoxunu hiss edə bilmək üçün istifadə olunan beyin hissəciklərini araşdıraraq yeni alqoritm yaradıb.

 

TED.az xarici mediaya istinadən xəbər verir ki, alqoritm vasitəsilə insan beyninin işləmə mexanizmi kompüter çiplərinə daşınacaq.

 

Cornell Universiteti ilə birgə aparılan araşdırma qoxunu hiss edəbilən kompüterlərin yaradılması ilə nəticələnəcək. 

 

Araşdırma zamanı qoxunu hiss edə bilmək üçün 450 növ reseptorun olduğu ortaya çıxıb.

 

Intel hələ ki, qoxu hiss etmə sistemini çip üzərində tətbiq etməsə də, onu inkişaf etdirmək üçün iş aparıldığını, məqsədin qoxu hiss edə bilən kompüter yaratmaq olduğunu açıqlayıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox