AZ

NASA Mars helikopterini sonuncu dəfə testdən keçirdi

585ada7cecd80a92f100f3e257c42028.jpg
02.04.2020 20:03

NASA Marsa göndərəcəyi helikopterin sonuncu testlərini tamamladığını açıqlayıb.

 

TED.az xəbər verir ki, helikopter kainatın araşdırılmalı olan nöqtələrini qeyd edəcək və gələcək səyahətlər üçün məlumat toplayacaq. O, 1,8 kiloqram ağırlığında, 120 santimetr uzunluğunda qanadlara sahibdir. Üzərindəki Günəş panelləri ilə enerji ehtiyatını təmin edən kosmik helikopter Marsdakı temperaturun da öhdəsindən gələ biləcək.  Onun hər uçuşu təxmini 90 dəqiqə davam edəcək. Nəticədə kosmik helikopter Yerdən 5 kilometr uzaqlaşa biləcək. Helikopterin aşağısındakı 12 Mp-lik kamerası isə görüntüləri Yerə göndərəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox